Yanvar-sentyabr aylarında 4,6 milyon dollarlıq neft bitumu ixrac edilib
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 4,6 milyon ABŞ dolları dəyərində 14,9 min tondan çox neft bitumu ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 4,1 dəfə, həcmi isə 3,4 dəfə artıb.
Cari ilin ilk doqquz ayında neft bitumunun ümumi ixracda xüsusi çəkisi 0,02 faizə bərabər olub.
