İsveçrə ilə ticarət dövriyyəsi 600 milyon dolları üstələyib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 22,6 faiz artaraq 605,9 milyon dolları üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində İsveçrə ilə ticarətin payı 1,62 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
