4 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2022–2026-cı illərdə qeyri-neft-qaz sektoru orta hesabla 5,2 faiz artacaq

2022–2026-cı illərdə qeyri-neft-qaz sektoru orta hesabla 5,2 faiz artacaq

Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatı sabitliyini qoruyur. Strategiya dövrünün yekunlarına baxsaq, 2026-cı ilin gözlənilən nəticələri də nəzərə alınmaqla, 2022-2026-cı illərdə Ümumi Daxili Məhsul orta hesabla ildə 2,7 faiz, qeyri-neft-qaz sektoru isə 5,2 faiz artacaq ki, bu da müəyyən edilmiş hədəfdən yüksəkdir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşuna dair iclasında çıxış edərkən İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov deyib.

Elvin Camalovun sözlərinə görə, ötən dövrdə iqtisadiyyatda keyfiyyət dəyişiklikləri də baş verib. Belə ki, 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artacaq. 1 oktyabr 2026-cı il tarixinə strateji valyuta ehtiyatları 2018-ci ilin sonu ilə müqayisədə iki dəfə artaraq 89,4 milyard dollara çatıb ki, bu da illik Ümumi Daxili Məhsuldan çoxdur və xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir. Eyni zamanda qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı bu dövrdə təxminən iki dəfə artaraq ümumi müqavilə sayının 56,5 faizini təşkil edir.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması