4 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın metroloji rəqəmsal həlli beynəlxalq səviyyədə qabaqcıl təcrübə kimi qiymətləndirilib

Azərbaycanın metroloji rəqəmsal həlli beynəlxalq səviyyədə qabaqcıl təcrübə kimi qiymətləndirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən yaradılan Keyfiyyət informasiya sisteminin (E-keyfiyyet.gov.az) “Metrologiya sahəsi üzrə müraciətlər” alt modulu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan “Sənaye, innovasiya və infrastruktur” çərçivəsində referans nümunə (bençmark) kimi qiymətləndirilib və seçilən 12 referans nümunə sırasına daxil edilib.

Dövlət Agentliyinin məlumatına görə, qiymətləndirmə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO), Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) və Beynəlxalq Qanunverici Metrologiya Təşkilatının (OIML) birgə həyata keçirdikləri layihə çərçivəsində aparılıb. Layihənin məqsədi milli metrologiya qurumlarının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfəsini müəyyənləşdirməkdir.

Layihə çərçivəsində milli metrologiya institutlarının təqdim etdikləri 60-dan çox rəqəmsal həll nəzərdən keçirilib. Bu həllər arasından Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) metroloji xidmətlərin rəqəmsallaşdırılması üzrə təcrübəsi referans nümunə kimi seçilib. Qiymətləndirmə zamanı elmi, tətbiqi və qanunverici metrologiya sahələri arasında balans, ölkələrin inkişaf səviyyəsi, mövzu və dayanıqlı inkişaf məqsədləri üzrə müxtəliflik nəzərə alınıb. Bundan əlavə, hər bir nümunənin aydın milli və ya sektoral problemi həll etməsi və kəmiyyətlə ölçülən nəticələr verməsi də tələb olunub.

Eyni zamanda bu qiymətləndirmə Keyfiyyət informasiya sisteminin “Metrologiya sahəsi üzrə müraciətlər” alt modulunun nümunəvi təcrübə, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına töhfə verən səmərəli rəqəmsal həll kimi digər ölkələrə, qurumlara və maraqlı tərəflərə təqdim olunmasını ifadə edir.

Qeyd edək ki, sözügedən beynəlxalq qiymətləndirmə milli keyfiyyət infrastrukturunun rəqəmsallaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətini göstərir. UNIDO-nun müvafiq beynəlxalq qurumlarla birgə apardığı tədqiqatda Azərbaycan Metrologiya İnstitutunun təcrübəsinə yer verilməsi ölkəmiz üçün mühüm hadisədir.

Qeyd: “Metrologiya sahəsi üzrə müraciətlər” alt modulu AzMİ-nin yoxlanılma, kalibrlənmə və attestasiya xidmətlərinin, elektron müqavilə və hesab-fakturaların, eləcə də müştəri sifarişlərinin vahid rəqəmsal mühitdə idarə olunmasını təmin edir. Modul vasitəsilə hüquqi və fiziki şəxslər metroloji xidmətlər üzrə müraciətlərini elektron qaydada təqdim edir və icra prosesini real vaxt rejimində izləyə bilirlər. Yoxlama şəhadətnamələri, yararsızlıq haqqında bildirişlər, kalibrlənmə sertifikatları və digər müvafiq sənədlər sistem daxilində formalaşdırılır, elektron imza ilə təsdiqlənir və müştərilərə təqdim olunur.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması