4 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Metyu Brayza: "ABŞ investorları Azərbaycanda süni intellekt infrastrukturuna maraq göstərirlər"

Metyu Brayza: "ABŞ investorları Azərbaycanda süni intellekt infrastrukturuna maraq göstərirlər"

ABŞ-nin texnologiya şirkətləri arasında Azərbaycanda məlumat mərkəzlərinin və süni intellektlə bağlı digər infrastrukturun yaradılmasına investisiya imkanlarını araşdırmağa maraq artır. Bu tendensiya yaxınlarda keçirilmiş Azərbaycan İnvestisiya Forumunda da özünü göstərib. Mən həm Azərbaycan hökuməti, həm də ABŞ-nin “Abbott Capital” özəl investisiya şirkətinin tərəfdaşı kimi əməkdaşlıq etdiyim şirkətlərin nümayəndələri, potensial işçilər, müəssisələr və investorlarla şəxsi təmaslarım zamanı bu marağın şahidi oluram.

Bunu Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.

“Azərbaycan məlumat mərkəzlərinin və süni intellektlə bağlı digər infrastrukturun yerləşdirilməsi baxımından xüsusilə əlverişli coğrafi mövqeyə malikdir. Çünki ölkə böyük və sürətlə inkişaf edən bazar olan Mərkəzi Asiyaya yaxındır. İnfrastruktur, xüsusilə məlumat mərkəzləri bazara nə qədər yaxın yerləşərsə, məlumat ötürülməsində gecikmə bir o qədər az olar. Nəticədə məlumat bağlantılarının məhsuldarlığı və səmərəliliyi yüksələr.

Eyni zamanda, Azərbaycan Mərkəzi Asiyadan daxil olan məlumatların emalı və onların Avropa bazarlarına ötürülməsi üçün də əlverişli məkandır. İnvestorlar və Azərbaycan hakimiyyəti bu cür investisiyaların iqtisadi baxımdan səmərəli olub-olmayacağını müəyyənləşdirmək üçün hələ bir sıra müzakirələr aparmalıdırlar. Bununla belə, xüsusilə Ələt Azad İqtisadi Zonasının imkanlarını nəzərə alsaq, bu, şübhəsiz ki, perspektivli sahədir”, – deyə o vurğulayıb.

AZƏRTAC

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması