3 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib

Dövlət satınalmalarının vahid internet portalında yeni “Müraciətlər” modulu istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) təchizatçıların satınalma prosesi ilə bağlı müraciətlərinin elektron qaydada təqdim edilməsi, icra vəziyyətinin izlənilməsi və nəticələr barədə məlumatların operativ əldə olunmasına imkan verən yeni “Müraciətlər” modulu istifadəyə verilib.

Dövlət Agentliyinin məlumatına görə, modul təchizatçıların şikayət, ərizə və təkliflərini vahid elektron platforma üzərindən təqdim etməsinə və müraciətlərin icra prosesinin sistemli şəkildə izlənməsinə imkan yaradır. Bununla müraciətlərin idarə olunması prosesi rəqəmsallaşdırılır, məlumatların vahid sistemdə toplanması və müraciətlərin statusu barədə təchizatçıların operativ məlumatlandırılması təmin olunur.

“Müraciətlər” modulundan istifadə qaydaları ilə bağlı hazırlanan təlimat videosunu buraya keçid etməklə izləmək olar.

Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər?