Azərbaycan sahibkarları üçün beynəlxalq maliyyə institutları ilə yeni tərəfdaşlıq imkanları
İstanbulda Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə İslam İnkişaf Bankının üzv ölkələrinin Milli İnkişaf Maliyyə İnstitutları Assosiasiyası (ADFIMI) arasında Anlaşma Memorandumu imzalanıb.
Konfederasiyanın məlumatına görə, sənəd sahibkarlığın inkişafı, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin təşkili və təcrübə mübadiləsi üzrə işbirliyini nəzərdə tutur.
Qeyd edək ki, tərəflər arasında əməkdaşlığın gücləndirilməsi məsələsi cari ilin iyun ayında Bakıda İİB Qrupunun İllik Toplantıları çərçivəsində müzakirə olunub. Mərkəzi İstanbulda yerləşən beynəlxalq statuslu ADFIMI üzv ölkələrin inkişaf potensialını dəyərləndirmək, bankçılıq sahəsində tədqiqatları dəstəkləmək, eləcə də KOB-ların, yaşıl və infrastruktur layihələrinin maliyyələşdirilməsini təşviq etmək istiqamətində fəaliyyət göstərir.
