30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Gürcüstanın maliyyə nazirinin müavini, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri Mamuka Barataşvili “İpək Yolu - Abreşumis Qza” birgə beynəlxalq avtomobil buraxılış məntəqəsinin praktik fəaliyyətinə dair Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Protokolu imzaladılar.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyinin rəhbəri Giorgi Yakobaşvili Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyi arasında bitki karantini və bitki mühafizəsi, eləcə də baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumlarını imzaladılar.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?