Elektron satınalmaların sayı və məbləği açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 5523 elektron satınalma təsdiqlənib.
Dövlət Agentliyinin məlumatına görə, bu satınalmaların ümumi məbləği 2,7 milyard manat olub. Elektron satınalmalarda orta iştirakçı sayı 3,5 təşkil edib. Ən aşağı qiymət təklifinin payı 72 faiz olub.
Rəqabətli satınalma mexanizmi daha çox təklifin müqayisə edilməsinə və satınalan təşkilat üçün daha əlverişli şərtlərin müəyyənləşdirilməsinə imkan yaradır.
