Yanvar-sentyabr aylarında 85,3 milyon dollarlıq neft koksu ixrac edilib
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 85,3 milyon ABŞ dolları dəyərində 212,9 min tondan çox neft koksu ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 1,9 dəfə, həcmi isə 43,8 faiz artıb.
Cari ilin ilk 9 ayında neft koksunun ümumi ixracda xüsusi çəkisi 0,36 faizə bərabər olub.
