Çexiya ilə ticarət dövriyyəsinin ümumi həcmi artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Çexiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 26,3 faiz artaraq 958,2 milyon dolları üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Çexiya ilə ticarətin payı 2,57 faiz təşkil edib.
Mənbə: Dövlət Gömrük Komitəsi
