Yanvar-avqust aylarında 61 mindən çox mənşə sertifikatı verilib
Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən 61.654 mənşə sertifikatı verilib.
Mənşə sertifikatı ixrac olunan malların mənşəyini təsdiq edən və beynəlxalq ticarət əməliyyatlarında mühüm əhəmiyyət daşıyan sənəddir.
