28 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Nazir müavini: "Azərbaycan DİM-lərlə bağlı çağırışlarda güclü institusional bazaya malikdir"

Nazir müavini: "Azərbaycan DİM-lərlə bağlı çağırışlarda güclü institusional bazaya malikdir"

Azərbaycan DİM-lərlə bağlı çağırışlarda güclü institusional bazaya malikdir. Bizim dövlət proqramlarımız, sənədlərimiz dayanıqlı inkişaf məqsədləri ilə uzlaşdırılıb.

Bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusunda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.

O bildirib ki, indiyə qədər dörd könüllü milli hesabat təqdim edilib, beşinci könüllü milli hesabat hazırlanır və 2027-ci ildə təqdim olunması nəzərdə tutulub.

“Dayanıqlı İnkişaf Məqsədlərində yeni mərhələ başladı və biz DİM-lərin lokallaşdırılmasına başlamışıq. Bunun üçün Şuşa və Naxçıvan seçilib. Bu ilin mart-aprel aylarında regionlara səfərlər olunub. Qarabağ Universiteti, Naxçıvan Dövlət Universitetində tədbirlər keçirilib, investorlar lokallaşma prosesində yaxından iştirak edirlər və biz yol xəritəsi hazırlamışıq”, - deyə nazir müavini əlavə edib.

Azərbaycan DİM-lərlə bağlı çağırışlarda güclü institusional bazaya malikdir. Bizim dövlət proqramlarımız, sənədlərimiz dayanıqlı inkişaf məqsədləri ilə uzlaşdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusunda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.

O bildirib ki, indiyə qədər dörd könüllü milli hesabat təqdim edilib, beşinci könüllü milli hesabat hazırlanır və 2027-ci ildə təqdim olunması nəzərdə tutulub.

“Dayanıqlı İnkişaf Məqsədlərində yeni mərhələ başladı və biz DİM-lərin lokallaşdırılmasına başlamışıq. Bunun üçün Şuşa və Naxçıvan seçilib. Bu ilin mart-aprel aylarında regionlara səfərlər olunub. Qarabağ Universiteti, Naxçıvan Dövlət Universitetində tədbirlər keçirilib, investorlar lokallaşma prosesində yaxından iştirak edirlər və biz yol xəritəsi hazırlamışıq”, - deyə nazir müavini əlavə edib.

AZƏRTAC

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?