27 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında Çərçivə Əməkdaşlıq Sazişi imzalanıb

İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında Çərçivə Əməkdaşlıq Sazişi imzalanıb

Bakıda İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti arasında İqtisadi Observatoriyanın yaradılması və inkişafına dair Çərçivə Əməkdaşlıq Sazişi imzalanıb. Sənədi iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli və İspaniyanın IE Universitetinin icraçı prezidenti Santyaqo İniqes Onsono imzalayıblar.

Saziş iqtisadi şaxələndirmə, məhsuldarlığın artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində birgə tədqiqatların və iqtisadi təhlillərin aparılmasını, dövlət, biznes və akademik dairələr arasında dialoqun təşviqini nəzərdə tutur.

İqtisadi Observatoriyanın fəaliyyəti çərçivəsində iqtisadi inkişaf meyillərinin, gələcək artıma təsir edən amillərin öyrənilməsi, iqtisadi monitorinqin və beynəlxalq müqayisələrin aparılması planlaşdırılır. Tədqiqat gündəliyi Azərbaycanın iqtisadi prioritetləri və IE Universitetinin akademik təcrübəsi nəzərə alınmaqla birgə müəyyən ediləcək.

Qeyd edək ki, IE Universiteti İspaniyada fəaliyyət göstərən ali təhsil müəssisəsidir. Universitet bakalavriat, magistratura və doktorantura, eləcə də rəhbər şəxslər üçün təhsil proqramları təklif edir. Onun fəaliyyəti təhsil, tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq istiqamətlərini əhatə edir.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?