27 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ölkədaxili nağdsız əməliyyatların həcmində 12 faizədək artım qeydə alınıb

Ölkədaxili nağdsız əməliyyatların həcmində 12 faizədək artım qeydə alınıb

Cari ilin sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23,388 milyon ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 9,5 faiz artıb.

Ödəniş kartlarında debet kartlarının sayı 11 faiz artıb, kredit kartlarının sayı isə 3,9 faiz azalıb.

İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artıb. 2026-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,977 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,755 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,220 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,7 faizini təşkil edib.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?