9 ayda 10,1 milyard dollarlıq xam neft məhsulları ixrac edilib
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 10,1 milyard ABŞ dollarından çox dəyərdə bitumlu süxurlardan alınan xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 13 faiz artıb. Hesabat dövründə bu məhsul kateqoriyasının ölkənin ümumi ixracındakı payı 48,04 faiz təşkil edib.
