27 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dohada IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı haqqında məlumat verilib

Dohada IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı haqqında məlumat verilib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Qətərin paytaxtı Doha şəhərində keçirilən IX Ümumdünya İnvestisiya Forumu çərçivəsində “Gələcəyin qurucularına investisiya” mövzusunda Sahibkarlıq üzrə Nazirlərin Dəyirmi Masasında çıxış edib.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) təşkilatçılığı ilə keçirilən tədbirdə gələcəyə hazır sahibkarlıq ekosistemlərinin formalaşdırılması, süni intellekt və rəqəmsallaşmanın yaratdığı imkanlar, innovasiya, inklüzivlik və dayanıqlı iqtisadi inkişaf məsələləri müzakirə olunub.

Çıxışda Azərbaycanın iqtisadi şaxələndirmə və rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib. Ölkəmizin enerji sektoruna cəlb olunan beynəlxalq investisiyaların infrastrukturla yanaşı, peşəkar bacarıqların, təcrübənin və beynəlxalq tərəfdaşlıqların inkişafına töhfə verdiyi vurğulanıb. Qeyd olunub ki, iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, qeyri-neft-qaz məhsullarının ixrac imkanlarının genişləndirilməsi, yerli müəssisələrin rəqabət qabiliyyətinin artırılması və beynəlxalq bazarlara çıxışının dəstəklənməsi əsas prioritetlərdəndir. Orta Dəhlizin, bərpaolunan enerji və rəqəmsal infrastruktur layihələrinin iqtisadi faydasının artırılması üçün yerli şirkətlərin bu layihələrdə iştirakı, yeni texnologiyaların tətbiqi və kadrların peşəkar bacarıqlarının inkişafı önəm daşıyır.

Kiçik biznesin inkişafı, investisiyaların cəlbi və ixracın təşviqi sahələrində aparılan institusional islahatların sahibkarların fəaliyyət və ixrac imkanlarını genişləndirməyə xidmət etdiyi qeyd olunub. Həmçinin UNCTAD və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində kiçik müəssisələrin beynəlxalq standartlara uyğunlaşması, iri alıcılarla əlaqələrinin qurulması və ixrac bazarlarına çıxışının dəstəklənməsi üzrə məqsədyönlü təşəbbüsün həyata keçirilməsi təklif olunub.

Tədbirin yekununda sürətlə dəyişən qlobal iqtisadi mühitdə sahibkarlığın inkişafı üçün ölkələrin birgə səylərinin səfərbər edilməsinin, qabaqcıl təcrübə mübadiləsinin və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə UNCTAD-ın əlaqələndirici rolunun və birgə təşəbbüslərin sahibkarlar üçün yeni imkanların yaradılmasına və onların qlobal iqtisadi proseslərdə iştirakının genişləndirilməsinə töhfə verə biləcəyi bildirilib.

Qeyd edək ki, IX Ümumdünya İnvestisiya Forumu geosiyasi gərginlik, iqtisadi parçalanma və sürətli texnoloji dəyişikliklər fonunda qlobal investisiya məsələlərinin müzakirəsi üçün dövlət siyasətini formalaşdıran şəxsləri, investorları, biznes liderlərini və beynəlxalq maliyyə institutlarının nümayəndələrini bir araya gətirmək məqsədilə təşkil olunub. Forum çərçivəsində investisiya siyasəti üzrə dialoq, süni intellektə investisiyalar, dayanıqlı maliyyə və biznes, iqlim, ətraf mühit və okeanlar, investisiyaların təşviqi və xüsusi iqtisadi zonalar, sahibkarlıq, turizm və mədəniyyət üzrə tədbir və müzakirələr keçirilir.

VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?