26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yanvar-sentyabr aylarında 276 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Yanvar-sentyabr aylarında 276 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

2026-cı ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 275.976 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Dövlət Xidmətinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. Qeydiyyata alınan mülkiyyət hüququnun 51.427-si (19 faizi) ilkin, 224.549-u (81 faizi) isə təkrar qeydiyyatın payına düşür.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ilkin dövlət qeydiyyatı üzrə 3,4 faiz, alqı-satqı üzrə 13,1 faiz, vərəsəlik üzrə 5,4 faiz, bağışlama üzrə 13 faiz, digər əməliyyatlar üzrə aparılan qeydiyyatların sayında isə 17,4 faiz artım müşahidə olunub.

Eyni zamanda, əvvəllər yaranan hüquqlar üzrə qeydiyyatların sayında isə 30,1 faiz azalma qeydə alınıb. Bu azalma tempi əsasən “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanının icrasının yekunlaşması ilə bağlıdır.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-sentyabr ayları ərzində mənzillər üzrə aparılan mülkiyyət hüququnun dövlət qeydiyyatı 2,9 faiz, fərdi yaşayış və bağ evləri üzrə 16,8 faiz, qeyri-yaşayış sahələri üzrə 11,6 faiz, qeyri-yaşayış binaları üzrə 9,3 faiz artım, çoxmərtəbəli yaşayış binaları üzrə 26,3 faiz, əmlak kompleksi kimi müəssisələr üzrə 5,6 faiz, torpaq sahələri üzrə isə 0,7 faiz azalma müşahidə olunub.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81.239-u Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Dövr ərzində 49.646 ipoteka və 5.692 yüklülüyün (icarə və istifadə) dövlət qeydiyyatı aparılıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,9 faiz və 11,5 faiz artım deməkdir.

Bu dövrdə daşınmaz əmlak obyektləri üzrə 193.414 texniki pasport tərtib edilib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?