26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İndoneziya ilə iqtisadi-ticarət tərəfdaşlığı müzakirə olunub

İndoneziya ilə iqtisadi-ticarət tərəfdaşlığı müzakirə olunub

İqtisadiyyat nazirinin müavini Anar Axundov İndoneziyanın investisiya və aşağı axın sənayesi nazirinin vitse-müavini, İnvestisiyaların Koordinasiyası Şurasının sədr müavini və “Pertamina” şirkətinin vitse-prezident komissarı Todotua Pasaribu ilə görüşüb.

Görüşdə Azərbaycan və İndoneziya arasında enerji, neft-kimya, sənaye, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi, SOCAR ilə “Pertamina” arasında birgə layihələrin həyata keçirilməsi, həmçinin Qarabağın bərpası prosesində İndoneziya şirkətlərinin iştirakı məsələləri müzakirə olunub.

Azərbaycanın sənaye zonalarında və Ələt Azad İqtisadi Zonasında investorlar üçün yaradılmış imkanlar barədə məlumat verilib, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə iştirak, dövlət-özəl tərəfdaşlığı, bərpaolunan enerji, logistika və təhsil sahələrində işbirliyi perspektivləri diqqətə çatdırılıb.

Tərəflər iqtisadi-ticarət sahəsində birgə fəaliyyətin gücləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?