26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir

“4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində yeni maarifləndirici layihəyə başlanılır.
Mərkəzin məlumatına görə, layihə çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi ilə SOCAR tərəfindən hazırlanan, idarəetmə və biznes sahələrinə dair dünyanın tanınmış müəlliflərinin 103 kitabı vətəndaşların istifadəsinə verilir.

Layihənin əsas məqsədi dördüncü sənaye inqilabının yaratdığı dəyişikliklərə uyğun insan kapitalının inkişafına, sürətlə dəyişən əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanmasına və müasir idarəetmə bacarıqlarının formalaşdırılmasına dəstək göstərməkdir.

Süni intellekt, avtomatlaşdırma və digər qabaqcıl texnologiyaların iş proseslərini dəyişdirdiyi bir dövrdə əmək bazarında yalnız texniki biliklərə deyil, həm də analitik və yaradıcı düşüncə, problem həll etmə, dəyişikliklərə uyğunlaşma, liderlik və komanda işi kimi bacarıqlara tələbat artır. Yeni layihə məhz bu bacarıqların inkişafına töhfə verməklə vətəndaşların peşəkar rəqabət qabiliyyətinin yüksəldilməsini hədəfləyir.

Kitablar www.pocketbook.az elektron kitabxanası vasitəsilə təqdim olunur. Platformada müasir idarəetmə, insan resurslarının inkişafı, liderlik, yaradıcı düşüncə, ünsiyyət və digər istiqamətlər üzrə 10 kateqoriyada Azərbaycan dilində kitablar yer alır.

Elektron kitabxanada yer alan “Dəyişikliyin idarə edilməsi”, “İnnovasiyanın təşviqi”, “Strategiya”, “Qərarların qəbul edilməsi”, “Layihənin idarə edilməsi”, “Virtual komandalar”, “Liderlik” və “Səriştələr” kimi kitablar müəssisələrdə texnoloji transformasiya proseslərinin səmərəli idarə olunması, innovativ yanaşmaların tətbiqi, strateji qərarların qəbulu və yeni iş mühitinə uyğunlaşma baxımından əhəmiyyətli biliklər təqdim edir. Bu istiqamətlər Sənaye 4.0 dövründə həm rəhbər şəxslər, həm də müxtəlif sahələr üzrə mütəxəssislər üçün vacib olan bacarıqların inkişafına xidmət edir.

Elektron kitabxanadan istifadə tam ödənişsizdir. Kitabları kompüter, planşet və mobil telefon vasitəsilə onlayn oxumaq, həmçinin PDF formatında yükləyərək internet bağlantısı olmadan mütaliə etmək mümkündür. Yaşayış yerindən asılı olmayaraq hər bir vətəndaş istənilən vaxt bu bilik resurslarından faydalana bilər.

Yeni təşəbbüs “4Sİ Akademiyası”nın insan kapitalının inkişafı, müasir bilik və bacarıqların əlçatanlığının artırılması və ömürboyu öyrənmə imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətinin davamıdır. Kitablarla tanış olmaq üçün: www.pocketbook.az

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?