26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Energetika naziri: “Qaza artan tələbat fonunda investisiya qərarları bu gün verilməlidir”

Energetika naziri: “Qaza artan tələbat fonunda investisiya qərarları bu gün verilməlidir”

Rusiya Federasiyasında Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 28-ci Nazirlər Görüşü keçirilib. Tədbirdə iştirak edən energetika naziri Pərviz Şahbazov çıxışında qlobal qaz bazarındakı çağırışlar, təbii qazın enerji təhlükəsizliyində artan rolu, investisiya ehtiyacları və Azərbaycanın qaz siyasətindən bəhs edib.

Nazirlikdən verilən məlumata görə, geosiyasi gərginliklərin və təhlükəsizlik risklərinin bazarda qeyri-müəyyənliyi artırdığını bildirən nazir, elektrikləşmə, süni intellekt və məlumat mərkəzlərinin inkişafı fonunda təbii qazın strateji əhəmiyyətinin gücləndiyini diqqətə çatdırıb. O vurğulayıb ki, artan tələbat fonunda investisiyaların məhdudlaşdırılması gələcək təchizat təhlükəsizliyi üçün risklər yaradır. “Sabahın etibarlı qaz təchizatı üçün investisiya qərarları bu gün verilməlidir”, - nazir bildirib.

Pərviz Şahbazov Cənub Qaz Dəhlizini uğurlu əməkdaşlıq modeli kimi dəyərləndirərək, Azərbaycanın hasilat və ixrac potensialını artırdığını, bərpaolunan enerji siyasətinin isə qaz ixracını dəstəklədiyini bildirib.

Nazir qlobal qaz bazarında sabitliyin qorunması, investisiyaların təşviqi və istehsalçı-istehlakçı dialoqunun gücləndirilməsi üçün GECF çərçivəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan 2015-ci ildən Forumda müşahidəçi üzv statusunda təmsil olunur.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?