Yanvar-sentyabr aylarında sığorta bazarı 8 faizədək böyüyüb
Bu ilin yanvar-sentyabr ayları ərzində ölkənin sığorta bazarı üzrə 1,248 milyard manat sığorta haqları yığılıb ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 7,9 faiz üstələyir.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, hesabat dövründə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği ötən ilin ilk doqquz ayına nisbətdə 29,1 faiz artaraq 683,89 milyon manat təşkil edib.
