Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar artır
2026-cı ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 150 yeni müqavilə bağlanılıb.
Nazirliyin məlumatına görə, yeni bağlanılan müqavilələrin 94-ü qeyri-yaşayış, 56-sı isə torpaq sahələrinə aid olub. 185 icarə müqaviləsinin müddəti uzadılıb.
Ötən 9 ay ərzində qüvvədə olan icarə müqavilələri üzrə dövlət büdcəsinə ümumilikdə 754,5 min manat vəsait daxil olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 52,7 faiz çoxdur.
