9 ayda 112,3 milyon dollarlıq şəkər ixrac edilib
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 112,38 milyon ABŞ dolları dəyərində 180,3 min tondan çox şəkər ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 2,4 dəfə, həcmi isə 2,7 dəfə artıb.
Cari ilin ilk doqquz ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,47 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,69 faizə bərabər olub.
