26 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Böyük Britaniya ilə iqtisadi əlaqələrin strateji tərəfdaşlıq istiqamətində inkişafı müzakirə edilib

Böyük Britaniya ilə iqtisadi əlaqələrin strateji tərəfdaşlıq istiqamətində inkişafı müzakirə edilib

“Böyük Britaniyaya işgüzar səfərimiz çərçivəsində Baş nazirin biznes və investisiyalar üzrə xüsusi müşaviri Varun Çandra ilə görüşdük. Azərbaycan – Birləşmiş Krallıq iqtisadi əlaqələrinin strateji tərəfdaşlıq istiqamətində inkişafı, qarşılıqlı investisiyaların təşviqi və qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.

Nazirin sözlərinə görə, görüşdə sənaye, enerji, ticarət, maliyyə xidmətləri və investisiya sahələrində birgə təşəbbüslərin perspektivləri, Britaniya şirkətlərinin və institusional investorların Azərbaycandakı layihələrə cəlb olunması imkanları barədə fikir mübadiləsi aparılıb. “Ölkələrimizin işgüzar dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, yeni investisiya layihələrinin həyata keçirilməsində Britaniyanın təcrübə, texnologiya və maliyyə imkanlarından istifadənin əhəmiyyətini vurğuladıq”,- nazir əlavə edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?