23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AİH-in nümayəndə heyəti İƏİT-in İşçi Qrupunun iclasında iştirak edib

AİH-in nümayəndə heyəti İƏİT-in İşçi Qrupunun iclasında iştirak edib

Oktyabrın 21–22-də Paris şəhərində, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) qərargahında Dövlət Mülkiyyəti və Özəlləşdirmə Təcrübələri üzrə İşçi Qrupunun 47-ci iclası keçirilib.
Azərbaycan İnvestisiya Holdinqinin (AİH) məlumatına görə, iclasda dövlət müəssisələri üzrə mərkəzləşdirilmiş mülkiyyət modelləri, şura üzvlərinin namizədliyinin irəli sürülməsi mexanizmləri, “Afrika Kapital Bazarları Hesabatı 2026”-nın dövlət müəssisələrinə həsr olunmuş fəsli, həmçinin bir sıra ölkələrin Dövlət Müəssisələrinin Korporativ İdarəetməsi üzrə İƏİT Təlimatlarına uyğunluğunun qiymətləndirilməsi məsələləri nəzərdən keçirilib.

Tədbir çərçivəsində İƏİT-in “Dövlət Müəssisələrinin Mülkiyyəti və İdarə Olunması 2026” hesabatının təqdimatı olub, sənədin əsas nəticələri, yeni tendensiyalar və siyasət istiqamətləri geniş müzakirə olunub.

AİH-in nümayəndə heyəti iclasdakı müzakirələrə qatılaraq dövlət mülkiyyətinin idarə edilməsi sahəsində beynəlxalq təcrübə, xüsusilə mərkəzləşdirilmiş mülkiyyət modelləri ilə bağlı iştirakçılarla fikir mübadiləsi aparıb.

Həmçinin, nümayəndə heyəti İşçi Qrupunun məsul şəxsləri ilə növbəti əməkdaşlıq layihələrinin həyata keçirilməsinə dair ikitərəfli görüş keçirib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?