23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanda tekstil sənayesinin inkişafı və investisiya imkanları müzakirə olunub

Naxçıvanda tekstil sənayesinin inkişafı və investisiya imkanları müzakirə olunub

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev tekstil sahəsinin nümayəndələri və investorlarla görüş keçirib.

Azərbaycan Tekstil Assosiasiyasının icraçı direktoru Fəridə Axundova, Beynəlxalq Tekstil İstehsalçıları Federasiyasının vitse-prezidenti, DİKTAŞ şirkətinin rəhbəri Mustafa Denizer, “Azəripək” ASC-nin idarə heyətinin sədri Anar Dadaşev, “Prime Cotton” MMC-nin baş icraçı direktorunun müavini Həşim Əliyev və GİLTEKS MMC-nin baş əməliyyat direktoru Ali Hikmet Karaoğlu ilə görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf perspektivləri haqqında məlumat verilib.

Qeyd olunub ki, regionun əlverişli coğrafi mövqeyi, istehsal imkanları və dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən güzəştlər və dəstək mexanizmləri tekstil sənayesinin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Kazım Hüseynəliyev investorları bu imkanlardan səmərəli istifadə etməyə və muxtar respublikaya sərmayə yatırmağa dəvət edib.

Qonaqlar muxtar respublikanın tekstil sənayesinin inkişafına töhfə vermək niyyətində olduqlarını, bu məqsədlə investisiya qoyulması imkanlarını nəzərdən keçirdiklərini bildiriblər. Naxçıvan Muxtar Respublikasında istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixrac edilməsi potensialının mövcud olduğu qeyd olunub.

Görüş zamanı tekstil sahəsində potensial əməkdaşlığın reallaşdırılması istiqamətində atıla biləcək addımlara dair qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə təmasların davam etdirilməsi barədə razılıq əldə olunub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?