23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“AzerGold” Özbəkistanda “Akba” qızıl yatağının işlənməsi perspektivlərini açıqlayıb

“AzerGold” Özbəkistanda “Akba” qızıl yatağının işlənməsi perspektivlərini açıqlayıb

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qaşqadərya vilayətində xarici investorlarla keçirilən görüşündə çıxış edib.

QSC-dən verilən məlumata görə, Zakir İbrahimov “AzerGold Uzbekistan” qurumunun fəaliyyəti və “Akba” qızıl yatağının işlənməsi layihəsi barədə məlumat verib. Qeyd olunub ki, ilkin mərhələdə geoloji kəşfiyyata 7,8 milyon dollar investisiya yatırılması planlaşdırılır, növbəti investisiyaların həcmi isə azı 100 milyon dollar təşkil edəcək. 200 yeni iş yerinin yaradılması potensialına malik layihə üzrə yekun investisiya qərarının 2028-ci ildə qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, 17 iyul 2026-cı il tarixində “AzerGold”, “Uzbekgeologorazvedka” SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında imzalanan üçtərəfli saziş çərçivəsində Nəvai və Nurata şəhərləri arasında yerləşən sahələrdə geoloji kəşfiyyat tədqiqatlarının aparılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, tərəflər Azərbaycan və Özbəkistanda yerləşən digər perspektivli mineral yataqlarının birgə kəşfiyyatı və işlənməsi imkanlarını müzakirə edirlər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?