23 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihə davam edir

“2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması ilə bağlı layihə həyata keçirilir. Mərkəzi Bankdan bildirilib ki, bu layihənin əsas hədəfi “müştəri-bank” münasibətlərini innovativ texnologiyalar platformasında qurmaq, son müştəriyə daha təhlükəsiz və operativ elektron xidmətlər çatdırmaqdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na uyğun olaraq, layihə çərçivəsində fiziki şəxslər üçün məsafədən cari hesabların açılması funksionallığı işlənib hazırlanıb və Palatanın, Vergilər Nazirliyinin, “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin və işçi qrupuna daxil edilmiş kredit təşkilatlarının nümayəndələri üçün təşkil edilmiş görüşdə sistemin təqdimatı keçirilib. Görüş zamanı layihə çərçivəsində yaradılmış informasiya resursunun funksional imkanları və mobil tətbiqləri nümayiş etdirilib, sistemin gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Layihənin həyata keçirilməsi nəticəsində fiziki və hüquqi şəxslər banka gəlmədən məsafədən bank xidmətlərini operativ şəkildə əldə edə biləcək, bu zaman tələb olunan məlumatların kağız daşıyıcılarında təqdim edilməsinə ehtiyac olmayacaq və bununla da məlumatların tamlığının, əlçatanlığının və məxfiliyinin qorunması təmin ediləcək. Layihənin müvəffəqiyyətlə tamamlanması və strateji olaraq digər istiqamətlər üzrə genişləndirilməsi ilə bağlı işlər müvafiq qurumlarla davam etdiriləcək.

VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir?