21 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Avropa şirkətlərinin Azərbaycanda bərpaolunan enerji sahəsinə investisiya yatırması üzərində iş aparılır

Avropa şirkətlərinin Azərbaycanda bərpaolunan enerji sahəsinə investisiya yatırması üzərində iş aparılır

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələri davam edir. Avropa Komissiyası Avropa şirkətlərinin Azərbaycanın iqtisadiyyatının strateji sektorlarına, o cümlədən bərpaolunan enerji sahəsinə özəl investisiyalarının cəlb edilməsi üzərində iş aparır.

Bu sözləri Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edərək deyib.

O bildirib ki, bu işdə Aİ-nin Azərbaycandakı nümayəndəliyi də fəal iştirak edir: “İnvestisiyalar üçün proqnozlaşdırılabilən şərait və bərabər rəqabət imkanları Azərbaycana investisiya yatırmaqda maraqlı olan Avropa şirkətləri üçün xüsusi əhəmiyyətlidir”.

Onun sözlərinə görə, artıq danışıqların iki raundu - Brüsseldə və Bakıda keçirilib və proses davam edir. Aİ ilə Azərbaycan arasında enerji sektoru ikitərəfli əməkdaşlıqda mərkəzi rol oynamaqda davam edir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Aİ-nin mühüm enerji resursları təchizatçısıdır. Bununla yanaşı, bərpaolunan enerji, külək enerjisi və yaşıl keçid sahələrində əməkdaşlıq genişlənir

AZƏRTAC

VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq?