21 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mariyana Kuyunciç: “Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”

Mariyana Kuyunciç: “Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”

2016-cı ildə Bakıda keçirilən ilk Avropa İttifaqı-Azərbaycan biznes-forumundan ötən müddət ərzində bu platforma biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, investisiya imkanlarının müzakirəsi və iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın 30 illiyinin qeyd olunduğu bir dövrdə tərəflər arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində mühüm addımlar atılır.

Bu sözləri Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edərək deyib.

Səfir bildirib ki, Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: “Enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının genişləndirilməsi, bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl keçid və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialından səmərəli istifadə əməkdaşlığın əsas istiqamətləri sırasındadır. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin Bakıya səfəri çərçivəsində Cənubi Qafqazda dövlət və özəl sektorun iştirakı ilə infrastruktur layihələrinə 2 milyard avroyadək investisiyanın cəlb edilməsini nəzərdə tutan “Global Gateway” investisiya paketi elan olunub. Avropa İttifaqının bu təşəbbüsü regionda nəqliyyat bağlantılarının gücləndirilməsi və iqtisadi inkişafın dəstəklənməsi baxımından mühüm imkanlar yaradır. Bugünkü forum və biznes dialoqu isə Azərbaycanla beynəlxalq tərəfdaşlar arasında iqtisadi əlaqələrin genişləndirilməsi, biznes mühitinin təkmilləşdirilməsi və yeni investisiya imkanlarının təşviqi baxımından əhəmiyyətli platforma kimi çıxış edir”.

AZƏRTAC

VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq?