21 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Super-elit toxum istehsal edən fermerlərə əlavə subsidiyaların ödənilməsinə başlanılır

Super-elit toxum istehsal edən fermerlərə əlavə subsidiyaların ödənilməsinə başlanılır

Yerli toxumçuluğun inkişafını stimullaşdırmaq məqsədilə super-elit toxum istehsal edən fermerlərə əlavə subsidiyaların ödənilməsinə başlanılır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yeni mexanizmə əsasən, yerli mənşəli super-elit buğda və arpa toxumu istehsal edən fermerlərə hər hektara görə 470 manat, xarici mənşəli super-elit toxum istehsalçılarına isə 300 manat əlavə əkin subsidiyası veriləcək.

Fermerlərin sertifikatlı toxum əldə etməsini asanlaşdırmaq üçün Aqrar Xidmətlər Agentliyi tərəfindən toxum istehsalçıları haqqında məlumat bazası yaradılıb.

Sertifikatlı toxumdan istifadə tələbinə əməl edilməməsi isə subsidiya ödənişlərinin azaldılması ilə nəticələnəcək. Yeni qaydalara görə, minimum 5 hektar sahəsi olan və 2026–2027-ci il əkin mövsümündə sertifikatlı toxumdan istifadə etməyən fermerlərin əkin subsidiyası 50 faiz azaldılacaq. 2027–2028-ci il mövsümündən etibarən isə bu tələbi ödəməyən fermerlər üçün subsidiya əmsalı sıfır qəbul ediləcək.

Bu tədbirlərin əsas məqsədi ölkədə keyfiyyətli toxum istehsalını genişləndirmək və məhsuldarlığı artırmaqdır.

VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq?