QDTİB Azərbaycanda 47 layihənin maliyyələşdirilməsi üzrə 451 milyon avroluq sazişlər imzalayıb
Bu ilin sentyabrın 30-na Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda 47 layihənin maliyyələşdirilməsi üzrə ümumi məbləği 450,9 milyon avrodan çox olan sazişlər imzalayıb.
Bankın məlumatına görə, 42 əməliyyat üzrə ayrılan vəsaitlərin həcmi 711,82 milyon avroya çatıb, təsdiqlənən 45 əməliyyat üzrə vəsaitlərin həcmi isə 453,8 milyon avro təşkil edib.
İmzalanan sazişlər portfelində 50,28 faiz payla maliyyə sektoru liderlik edir, daha sonra energetika - 35,23 faiz, daşınmaz əmlak - 6,92 faiz, ilkin tələbat malları - 3,91 faiz və seçmə tələbat malları - 3,65 faiz gəlir.
QDTİB-in ölkədəki ən iri təşəbbüsləri arasında SOCAR-ın 75 milyon ABŞ dolları məbləğində maliyyələşdirilməsi, "Bank Respublika" (25 milyon manat), "Unibank" (7 milyon dollar) və "Azer-Turk Bank" (5 milyon dollar) üçün kredit xətləri yer alır.
