21 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu işə başlayıb

Bakıda Avropa İttifaqı-Azərbaycan biznes-forumu keçirilir. Builki forum “Dəhlizlərin birləşdirilməsi: Əlaqəlilik və infrastruktur” mövzusuna həsr olunub.

Tədbir Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığın 30 illiyinə, eləcə də Avropa İttifaqı-Azərbaycan biznes-forumunun 10 illiyinə təsadüf edir.

Forumda Aİ-Azərbaycan iqtisadi əməkdaşlığının gücləndirilməsi, regional ticarət və investisiyaların təşviqi, nəqliyyat və infrastruktur sahələrində əlaqəliliyin genişləndirilməsi məsələləri müzakirə olunur.

Tədbir çərçivəsində dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə yüksəksəviyyəli müzakirələr, tematik sessiyalar və işgüzar əlaqələrin qurulmasına yönələn görüşlər keçiriləcək.

AZƏRTAC

VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq?