Dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə dair 61 yeni dövlət standartı qəbul edib
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) dəmir yolu və avtomobil nəqliyyatı sahəsinə dair 61 yeni dövlət standartı qəbul edib. İnstitutun məlumatına görə, standartlar "Nəqliyyat və nəqliyyat infrastrukturu" üzrə Texniki Komitənin təqdimatı ilə qəbul olunaraq Dövlət Fonduna daxil edilib.
Yeni standartlar dəmir yolu infrastrukturu (şpallar, relslər, kontakt naqilləri, avtomatika), avtomobil yolları (yol örtüyü materialları, nişanlanma, siqnal dirəkləri), elektromobillərin təsnifatı, yüklərin təhlükəsiz bərkidilməsi, taxoqraflar və yaşayış binalarının həyətlərindəki şlaqbaum sistemlərinə dair tələbləri əhatə edir.
Standartların tətbiqində məqsəd nəqliyyat infrastrukturlarının etibarlılığını artırmaq, hərəkət təhlükəsizliyini təmin etmək, vahid texniki normativləri tətbiq etməklə beynəlxalq standartlara uyğunluğu təmin etməkdən ibarətdir.
