20 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İndiyədək “Şərqi Azəri”dən 645 milyon bareldən çox neft hasil edilib

İndiyədək “Şərqi Azəri”dən 645 milyon bareldən çox neft hasil edilib

Fəaliyyətə başladığı vaxtdan indiyədək “Şərqi Azəri” platformasından 645 milyon bareldən (87 milyon ton) çox neft hasil edilib. Bununla da platforma 1997-ci ilin noyabrından hasilata başlayan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının 4,7 milyard barellik ümumi neft hasilatına əhəmiyyətli töhfə verib.

bp şirkətindən verilən məlumata görə, 2026-cı ilin üçüncü rübünün sonuna platformanın gündəlik orta hasilatı təxminən 46 min barel təşkil edib. Hazırda dəniz obyektində istismarda olan 36 quyudan 27-si hasilat, 8-i suvurma, 1-i isə şlamların laya vurulması quyusudur.

Yataqdan maksimum neftverməni təmin etmək üçün tətbiq olunan innovasiyalar çərçivəsində təhvil verilən sonuncu D18Z quyusu AÇG tarixində ən geniş lay təmasına (1500 metrdən çox məhsuldar qum təması) malik quyu olub. İndiyədək platformada ümumilikdə 39 quyu və çox sayda yan lülə qazılıb.

Oktyabrın 21-də AÇG-nin tammiqyaslı işlənməsinin ikinci fazasını tamamlayan “Şərqi Azəri” platformasından ilk neft hasilatının 20 ili tamam olur. 2006-cı il oktyabrın 21-də fəaliyyətə başlayan platformadan ilk neft 10 noyabr 2006-cı ildə Səngəçal terminalına çatdırılıb. Platformanın infrastrukturu 48 quyu gövdəsi olan bir hasilat, qazma və yaşayış blokundan, həmçinin 30 düymlük sualtı boru kəmərindən ibarətdir. Hazırda dəniz obyektində çalışan 170 nəfərə yaxın heyətin əksəriyyəti, o cümlədən hər iki platforma meneceri yerli mütəxəssislərdir.

VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu?