27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib

Zəngilanda 215 milyon kVts “yaşıl enerji” istehsal edilib

Bu gün Şəhər Günü qeyd olunan Zəngilan işğaldan azad edildikdən sonra həyata keçirilən enerji layihələri sayəsində Azərbaycanın yaşıl enerji mərkəzlərindən birinə çevrilir. 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə inşa olunan ən böyük su elektrik stansiyaları silsiləsi Zəngilanda, Araz çayının sol qolu olan Oxçuçay üzərində yerləşir.

“AzərEnerji” ASC-nin məlumatına görə, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ASC tərəfindən kaskad üsulla inşa edilən silsiləyə hər birinin gücü 10,5 meqavat olan Cahangirbəyli, Zəngilan, Şayıflı və Sarıqışlaq su elektrik stansiyaları daxildir. Ümumi gücü 42 meqavat olan stansiyalar 2023–2024-cü illərdə istismara verilib.

İstismara verildikləri vaxtdan indiyədək stansiyalarda 215 milyon kilovat-saat ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal olunub. Bunun nəticəsində 47 milyon kubmetr təbii qaza qənaət edilib, 90 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

İstehsal olunan enerjinin təxminən 40 faizi azad edilmiş ərazilərin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəldilir, qalan 60 faizi isə ölkənin ümumi enerji sisteminə ötürülür. Beləliklə, Zəngilanın su elektrik stansiyaları həm regionun enerji təminatına, həm də Azərbaycanın yaşıl enerji istehsalının artırılmasına mühüm töhfə verir.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə “AzərEnerji” tərəfindən inşa olunan ilk 110 kV-luq yarımstansiyalardan biri də “Zəngilan” yarımstansiyasıdır. 2021-ci il oktyabrın 20-də Prezident İlham Əliyevin iştirakı ilə istismara verilən yarımstansiya azad edilmiş ərazilərin enerji infrastrukturunun bərpasında mühüm rol oynayıb.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?