20 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
ARDNF yanvar-sentyabr ayları üzrə maliyyə göstəricilərini açıqlayıb

ARDNF yanvar-sentyabr ayları üzrə maliyyə göstəricilərini açıqlayıb

2026-cı ilin sentyabr ayının 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə (73 542,0 milyon ABŞ dolları) nisbətən artaraq 74 004,0 milyon dollar təşkil edib.

2026-cı ilin yanvar-sentyabr ayları ərzində Fondun ümumi gəlirləri 12 341,3 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 740,6 milyon manat, vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 600,7 milyon manat, büdcə xərcləri hesabat dövrü üzrə isə 9 681,2 milyon manat təşkil edib.

ARDNF-nin neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 740,6 milyon manat olub, o cümlədən:

- mənfəət neftinin və qazın satışından 7 343,9 milyon manat,

- bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat

- akrhesabı ödənişləri 4,9 milyon manat

- “Cənub Qaz Dəhlizi” QSC-nin“ dövlətə məxsus payın satışından daxilolmaları 1 390,9 milyon manat

Sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6 570,6 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 565,1 milyon manat məbləğində vəsait daxil olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2026-cı il büdcəsinin icrası çərçivəsində 9 628,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
İcrası davam edən layihələrə 27,7 milyon manat yönəldilib.

VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu?