20 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AIIB və ADB Xəzərdə dəniz külək enerjisinin sahil infrastrukturu konsepsiyasını maliyyələşdirəcəklər

AIIB və ADB Xəzərdə dəniz külək enerjisinin sahil infrastrukturu konsepsiyasını maliyyələşdirəcəklər

157 QVt texniki külək potensialına malik Xəzər dənizinin Azərbaycana mənsub hissəsində 711,4 kvadratkilometr su sahəsi bərpaolunan enerji mənbələri ərazisi kimi müəyyən edilib.

Bu barədə energetika naziri Pərviz Şahbazovun “Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına” adlı məqaləsində bildirilir.

Qeyd edilib ki, formalaşdırılan hüquqi baza çərçivəsində Energetika Nazirliyi və “Clean Energy Capital” MMC arasında ilkin mərhələdə 200 MVt, ümumilikdə isə 600 MVt gücündə dəniz külək enerjisi layihəsinin reallaşdırılması üzrə İcra Müqaviləsi imzalanıb. Hazırda layihə üzrə külək, dalğa və dəniz axınlarının öyrənilməsi məqsədilə müasir ölçmə avadanlıqları vasitəsilə tədqiqatlar aparılır.

Layihənin sahil infrastrukturu konsepsiyasının hazırlanmasına AIIB və ADB tərəfindən 200 min dollar maliyyə ayrılması planlaşdırılır. Dünya Bankı ilə iş birliyi çərçivəsində isə külək turbini komponentlərinin yerli istehsalı və neft-qaz mühəndisliyi təcrübəsinin bu sahəyə tətbiqi imkanları qiymətləndirilir. Bu layihələr yerli sənaye, liman, gəmiçilik və logistikanın inkişafına, eləcə də Xəzərin yaşıl enerji resurslarının ixracına xidmət edəcək.

VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu?