Bakıda Sankt-Peterburq müəssisələrinin biznes missiyası keçirilib
Bakıda Sankt-Peterburqun istehsal və ticarət müəssisələrinin təmsilçilərindən ibarət nümayəndə heyətinin biznes missiyası keçirilib.
Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin məlumatına görə, iştirakçılar istilik texnikası, isitmə və santexnika avadanlıqları, boru kəməri armaturları, avtomatik idarəetmə cihazları, izolyasiya və xırdavat məmulatlarını təqdim ediblər.
Görüş zamanı şirkət nümayəndələri öz istehsal imkanları barədə məlumat verib, azərbaycanlı tərəfdaşlarla əməkdaşlıq perspektivlərini, tədarük logistikasını, sertifikatlaşdırma və lokallaşdırma variantlarını müzakirə ediblər.
Biznes missiyasının iştirakçılarına Azərbaycanda biznesin aparılması xüsusiyyətləri və beynəlxalq ixtisaslaşdırılmış sərgilərdə iştirakın vacibliyi barədə məlumat verilib.
Ticarət Nümayəndəliyi qarşılıqlı faydalı əməkdaşlığın inkişafına hərtərəfli dəstək göstərməyə hazır olduğunu təsdiqləyib.
