19 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan-Qırğız İnkişaf Fondu 24 milyon dollardan çox dəyərində 11 layihəni təsdiqləyib

Azərbaycan-Qırğız İnkişaf Fondu 24 milyon dollardan çox dəyərində 11 layihəni təsdiqləyib

Azərbaycan-Qırğız İnkişaf Fondu ümumi dəyəri 24 milyon dollardan çox olan 11 investisiya layihəsini təsdiqləyib. Qırğızıstan mediasının məlumatına görə, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə Joqorku Keneşin sədri Marlen Mamataliyev bildirib.

Tərəflər ticarət-iqtisadi əlaqələrin inkişafı, investisiya əməkdaşlığı və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər.

Marlen Mamataliyev energetika sahəsində irimiqyaslı strateji layihələrin prioritet maliyyələşdirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Qırğızıstan azərbaycanlı investorların energetika, logistika, kənd təsərrüfatı, turizm və iqtisadiyyatın digər sahələrinə cəlb edilməsində maraqlıdır. Spiker həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin 2026-cı ilin iyul ayında baş tutan dövlət səfəri zamanı müvafiq müqavilənin imzalanmasından sonra Qırğızıstan və Azərbaycan arasında münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib.

Öz növbəsində Sahibə Qafarova bildirib ki, Qırğızıstan və Azərbaycan arasında əməkdaşlığa dair 123 sənəd imzalanıb və bu sazişlərin böyük hissəsi son illərə təsadüf edir. O, həmçinin parlament komitələri və deputat dostluq qrupları arasında qarşılıqlı əlaqələrin aktivləşdirilməsinin tərəfdarı olduğunu bildirib.

Görüşün yekununda tərəflər müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsində və birgə iqtisadi layihələrin reallaşdırılmasında maraqlı olduqlarını ifadə ediblər.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?