Qərbi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana 71,8 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisini 6,4 faiz üstələyir.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə cari ilin avqust ayında qeyd edilən regiondan gələnlərin sayı 11,2 min nəfərə yaxın təşkil edib. Bu, 2025-ci ilin avqust ayına nisbətdə 2,6 faiz, cari ilin iyul ayına nisbətdə isə 2,8 faiz çoxdur.
2026-cı ilin avqust ayında Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə:
- Almaniya
- Birləşmiş Krallıq
- İtaliya
- Niderland
- İspaniya
