Ölkə üzrə ictimai iaşə dövriyyəsi 2,3 milyard manatı ötüb
Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 2 309,8 milyon manat olub.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50 faizi hüquqi şəxslərin, 50 faizi bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz artaraq 1149,2 milyon manat təşkil edib.
