6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və Vyetnam neft-qaz, yaşıl enerji və tranzit sahələrində tərəfdaşlığı müzakirə ediblər

Azərbaycan və Vyetnam neft-qaz, yaşıl enerji və tranzit sahələrində tərəfdaşlığı müzakirə ediblər

Energetika naziri Pərviz Şahbazov Vyetnamın sənaye və ticarət nazirinin müavini Fan Thi Thanq ilə görüşündə iki ölkə arasında siyasi, iqtisadi və enerji əlaqələrinin strateji tərəfdaşlıq müstəvisində inkişafını müzakirə edib.

Nazirlikdən verilən məlumata görə, görüşdə neft-qaz sektorunda 2023-cü ildən bəri Vyetnama 1,1 milyon tondan çox Azərbaycan xam neftinin tədarük edildiyi vurğulanıb, SOCAR və “PetroVietnam” arasında əməkdaşlığın genişləndirilməsi, neft emalı, yataqların işlənilməsi və LNG tədarükü perspektivləri nəzərdən keçirilib.

Bərpaolunan enerji sahəsində Vyetnamın “ROX Group” şirkəti ilə Naxçıvanda günəş, Bakı ətrafında isə külək elektrik stansiyalarının tikintisi layihələrinin növbəti mərhələyə keçirilməsi diqqət mərkəzində olub.

Həmçinin qeyri-neft ticarətinin və qarşılıqlı investisiyaların artırılması, İşgüzar Şuranın növbəti iclasının təşkili, kadr hazırlığı və nəqliyyat-tranzit sahəsindəki uğurlar qeyd edilib. Xüsusilə Azərbaycan üzərindən Vyetnamla əlaqəli tranzit daşımalarının 2025-ci ildə 200 faizdən çox, 2026-cı ilin 9 ayında isə təxminən 600 faiz artdığı diqqətə çatdırılıb.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması