6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və Qazaxıstan arasında Orta Dəhlizin inkişafına dair yeni Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan və Qazaxıstan arasında Orta Dəhlizin inkişafına dair yeni Əməkdaşlıq Sazişi imzalanıb

Qazaxıstan və Azərbaycan logistika əlaqələrinin möhkəmləndirilməsinə, daşımaların səmərəliliyinin artırılmasına və marşrutun tranzit potensialının açılmasına yönələn Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM/Orta Dəhliz) inkişafına dair Əməkdaşlıq Sazişi imzalayıblar.

Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatına görə, sənəddə TBNM-in zəruri buraxılış qabiliyyətinin təmin edilməsi, tariflərin sabitliyi, limanlarda xətt gəmilərinə prioritet xidmət göstərilməsi, vahid daşıma sənədinin tətbiqi və “bir pəncərə” prinsipi üzrə xidmət göstərilməsi nəzərdə tutulur. Bu tədbirlərin reallaşdırılması yüklərin çatdırılmasının təhlükəsizliyini, etibarlılığını və sürətini artıraraq digər ölkələrin qoşulması üçün imkan yaradacaq.

Qeyd edilir ki, 2026-cı ilin ilk doqquz ayı ərzində TBNM üzrə yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz, Çindən Qərbə tranzit konteyner daşımaları isə 64 faiz artıb.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması