6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Maliyyə Nazirliyi tərəfindən hazırlanan, 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Sənəd Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanıb. OMXÇ özündə büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, fiskal risklərin təhlili və mitiqasiya tədbirlərini, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, həmçinin icmal və dövlət büdcələrinin gəlir və xərclərinin proqnozlarını əhatə edir.

Eyni zamanda, sənəddə proqram və nəticə əsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb olunan sektorlara növbəti ortamüddətli dövr üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqramlar üzrə bölgüsü barədə məlumatlar əks olunub.

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi ilə aşağıdakı linklərdə tanış olmaq olar: https://shorturl.at/4m2ev

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması