6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olan Çinin Xuzhou şəhərini təmsil edən müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən şirkətlərin rəhbərlərindən ibarət işgüzar və investisiya nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycanın aqrar sektorunda mövcud investisiya imkanları, Çin şirkətlərinin ölkəmizdə investisiya layihələrində iştirakı, müasir texnologiyaların tətbiqi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Nazir müavini Azərbaycanın kənd təsərrüfatının əsas inkişaf prioritetləri, ölkədə yaradılan əlverişli investisiya mühiti, xarici investorlar üçün mövcud dövlət dəstəyi mexanizmləri və aqrar sahənin modernləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tərəflər ağıllı kənd təsərrüfatı texnologiyalarının tətbiqi, müasir istixana təsərrüfatlarının yaradılması, heyvandarlıq və quşçuluğun inkişafı, kənd təsərrüfatı məhsullarının emalı, soyuq zəncir və logistika infrastrukturunun təkmilləşdirilməsi, eləcə də Azərbaycanda istehsal və emal müəssisələrinin yaradılması imkanlarını müzakirə ediblər.

Həmçinin Çin şirkətlərinin müasir texnologiya və təcrübəsinin Azərbaycanın aqrar sektorunda tətbiqi, kənd təsərrüfatı və ərzaq məhsullarının Çin bazarına ixracının genişləndirilməsi, investisiya layihələrinin həyata keçirilməsi üçün yerli tərəfdaşlarla əməkdaşlığın qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran konkret layihələrin müəyyənləşdirilməsi, potensial investorların yerli tərəfdaşlarla əlaqələndirilməsi və gələcək əməkdaşlığın istiqamətləri də nəzərdən keçirilib.

Qeyd edək ki, Çin nümayəndə heyətində investisiya və daşınmaz əmlak, kənd təsərrüfatı və aqrobiznes, qida texnologiyaları, elektronika, sənaye avadanlıqları, mühəndislik və tikinti, infrastruktur, logistika, ağıllı şəhər texnologiyaları, eləcə də mədəniyyət və media sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri təmsil olunurlar.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması