6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Garabagh”) keçirilir.

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə sərgidə Azərbaycanın biznes və inevstisiya imkanları “Made in Azerbaijan” stendində təqdim edilir. Stenddə bir sıra yerli şirkətlər öz məhsul və xidmətlərini, o cümlədən tikinti materialları, ayaqqabı, mebel və digər sənaye məhsullarını nümayiş etdirir. Ziyarətçilərə Azərbaycan şirkətlərinin istehsal potensialını və ixrac imkanlarını əks etdirən tanıtım videoçarxları və çap materialları da təqdim olunur. Stenddə həmçinin işgüzar əlaqələrin qurulması və potensial tərəfdaşlarla danışıqların aparılması üçün xüsusi görüş zonası yaradılıb.

Qeyd edək ki, “Rebuild Garabagh” sərgisi oktyabrın 16-dək davam edəcək.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması