15 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

III Milli Rəqabət Forumu keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə III Milli Rəqabət Forumu keçirilib. “Azərbaycanın rəqabət siyasətinin yeni mərhələsi” mövzusunda təşkil olunan tədbirdə millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları, özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflər iştirak ediblər.

Forum ölkədə rəqabət siyasətinin yeni prioritetlərinin müzakirəsi, rəqabət mühitinin inkişafına dair yanaşmaların müəyyənləşdirilməsi, eləcə də dövlət qurumları, tənzimləyici orqanlar, biznes və akademik dairələr arasında fikir mübadiləsinin təşviqi və əməkdaşlığın genişləndirilməsi məqsədilə təşkil olunub.

Tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev çıxış edib.

Çıxışlar zamanı rəqabət sahəsində həyata keçirilən hüquqi və institusional islahatların praktikada səmərəli tətbiqinin, onların iqtisadi inkişafa və rəqabət mühitinin yaxşılaşdırılmasına real təsirinin vacibliyi vurğulanıb. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın əhəmiyyəti diqqətə çatdırılıb. Rəqabət prinsiplərinin iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinin zəruriliyi qeyd olunub, rəqabət siyasətinin əlverişli investisiya mühitinin yaradılması, sahibkarlığın inkişafı və dayanıqlı iqtisadi artımın təmin edilməsindəki rolundan bəhs edilib.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “Rəqabət siyasətinin yeni mərhələsində elmi-analitik baxışın əhəmiyyəti”, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şəmsi Rzalı “Müasir iqtisadi siyasət çərçivəsində təbii inhisar fəaliyyət sahələrinin tənzimlənməsi”, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin sektor müdiri Türkan Vüsət “Dövlət-özəl tərəfdaşlığı və rəqabət: İnfrastrukturun inkişafında yeni imkanlar” və Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin şöbə müdiri Mirməhəmmədəli Aslanov “Müstəqil tənzimləyici qurumlarla rəqabət siyasətinin həyata keçirilməsində əməkdaşlıq istiqamətləri” mövzusunda təqdimatlarla çıxış ediblər.

Təqdimatlar çərçivəsində rəqabət siyasətinin formalaşdırılmasında elmi-analitik yanaşmaların vacibliyi diqqətə çatdırılıb, təbii inhisar sahələrində dövlət nəzarətinin xüsusiyyətləri və təbii inhisarlardan rəqabətli mühitə keçid imkanları, dövlət-özəl tərəfdaşlığı üzrə yeni fürsətlər və müstəqil tənzimləyici qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi məsələlərindən bəhs edilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb.

VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu?