6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Manotonq Vonqsay: “Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər”

Manotonq Vonqsay: “Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər”

Azərbaycanın geniş nəqliyyat infrastrukturu beynəlxalq ticarətin inkişafına təkan verir. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan öz limanları vasitəsilə Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər. Azərbaycanın logistika imkanları iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, logistika zəncirlərinin təkmilləşdirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni perspektivlər yarada bilər.

Bu sözləri Laosun sənaye və ticarət nazirinin müavini Manotonq Vonqsay Bakıda keçirilən Azərbaycan-Laos Biznes Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Laosun dənizə çıxışı olmasa da regionda bazarları birləşdirən imkana malikdir.

“Bu baxımdan Laosun regional bağlantı konsepsiyası Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşır. Laos-Çin dəmir yolu magistralı bu konsepsiyanın reallaşdırılmasında əhəmiyyətli nailiyyətdir. O, paralel olaraq qonşu dövlətlər, regional bazarlarla nəqliyyat əlaqələrini gücləndirərək iki ölkə arasında sərnişin və yük daşımalarında əsas rol oynayır. Qlobal xarakter daşıyan layihələrin həyata keçirilməsi ölkələrin həm iqtisadi, həm də siyasi qüdrətinin artmasında böyük rol oynayır”, - deyə Manotonq Vonqsay əlavə edib.

AZƏRTAC

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması